HƏMAS Təl-Əviv aeroportunu vurdu – 8 ölü - Yenilənib
Bizi izləyin

Dünya

HƏMAS Təl-Əviv aeroportunu vurdu – 8 ölü - Yenilənib


HƏMAS-ın hərbi dəstəsi İzəddin Əl-Kassam Tuqaylarının Təl-Əvivdə yerləşən “Ben Gurion”u “M75” raketləri ilə vurması nəticəsində 8 İsrail əsgəri ölüb.

Publika.az xəbər verir ki, bu hücumdan sonra vurulan aeroporta 30-a qədər beynəlxalq hava yolları şirkəti uçuşları dayandırıb. Son 24 saatda 244 səfərdən 144-ü ləğv edilib.

İsrailə gəlmək istəyən iş adamlarının səfəri ləğv etməsi iqtisadi sahəyə də öz təsirini göstərib.

İsrailin səfərlərin ləğvindən ən az 40 milyon dollar zərər görəcəyi proqnozlaşdırılır.

13:34

HƏMAS-ın hərbi qolu olan İzəddin əl-Kassam Tuqaylarının İsrailin paytaxtı Təl-Əvivdə “Ben Gurion” aeroportunu “M75” raketləri ilə vurduğu haqda xəbərlər yayılıb.

Publika.az xəbər verir ki, aeroporta hücumlara görə ABŞ Federal Uçuş İdarəsi (FAA) Amerika hava yolları şirkətlərinə İsrailə uçuş qadağası qoyub. Türkiyə isə İsrailə uçuşları bir neçə gün öncə dayandırmışdı.

HƏMAS Siyasi Büro rəhbəri Xalid Meşal atəşkəs tələblərinə “heç kim etirazı silahsızlaşdıra bilməz. Bunun üçün iki şərt var. Birincisi, işğal və yerləşdirmə dayandırılmalı, ikincisi isə, İsrail tərki-silah edilməlidir”,- deyə cavab vermişdi.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm