Onlar bayramı gözləyir - Fotolar
Bizi izləyin

Tabloid.az

Onlar bayramı gözləyir - Fotolar

Avqustun 1-də Nizami Kino Mərkəzində kinematoqrafçıların bayramı qeyd olunacaq.

Publika.az-ın məlumatına görə, tədbir çərçivəsində bir qrup kino veteranı mükafatlandırılacaq və gənclər üçün kino müsabiqəsinin qalibləri elan olunacaq.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Nabat” bədii filminin təqdimatı olacaq.

Qarabağ müharibəsinin dramatik hadisələrindən birini canlandıran filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev, Elçin Musaoğlu, quruluşçu operatoru Abdulrəhim Beşarat, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə əsas rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov və başqaları canlandıracaqlar.

Nizami Kino Mərkəzinin foyesində Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış sərgi nümayiş etdiriləcək. Sərginin ekspozisiyasına müxtəlif illərdə lentə alınmış Azərbaycan filmləri üçün çəkilən dekorasiyaların və geyimlərin eskizləri daxildir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm