Səhiyyə Nazirliyi çimərliklərdə monitorinq aparır
Bizi izləyin

Qırmızı.az

Səhiyyə Nazirliyi çimərliklərdə monitorinq aparır

May ayından respublika ərazisində vəba vibrionlarının aşkarlanması istiqamətində monitorinqlər başlanıb. Bunu Publika.az-a açıqlmasında Səhiyyə Nazirliyi yanında Respublika Taun Əleyhinə Stansiyanın şöbə müdiri Rita İsmayılova deyib.

Onun sözlərinə görə, Bakı şəhərinin 17 nöqtəsindən, həmçinin çimərliklərdən su nümunələri Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasına təqdim edilib.Müayinələr aparılıb, dörd ay ərzində nümunələrdə vəba vibrionları aşkarlanmayıb.

Şöbə müdiri müxtəlif çimərliklərdən, çaylardan, kanallardan və digər su hövzələrindən nümunə götürüldüyünü bildirib. Bu cür monitorinq hər il may ayının 15-dən noyabrın 1-ə qədər aparılır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm