Yaşasaydı, 28 yaşı tamam olacaqdı – VİDEO
Bizi izləyin

İdman

Yaşasaydı, 28 yaşı tamam olacaqdı – VİDEO

Yaşasaydı, 28 yaşı tamam olacaqdı – VİDEO

Bu gün Azərbaycan mərhum şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu, Avropa çempionu Vüqar Həşimovun doğum günüdür. O, 1986-cı il, iyulun 24-də Bakı şəhərində anadan olmuşdu.

Vüqar FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında 11-ci yerdə qərarlaşmışdı.

2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən “Recco-Emiliy”a şahmat turnirinin qalibi olub.

V.Həşimov 2014-cü il yanvarın 11-də uzun müddət beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib.

Dünyanın aparıcı şahmat mütəxəssisləri etiraf edirlər ki, ağır xəstəlik Vüqara mane olmasaydı, o, şahmat tacı uğurunda mübarizədə əsas namizəd olacaqdı.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm