Qırmızı.az
Azərbaycanlı jurnalistlər Gürcüstanın dövlət rəsmiləri ilə görüşəcək
Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin təşkilatçılığı, Gürcüstanın Gənclər və İdman Nazirliyi yanında Gənclər və Uşaq Fondunun maliyyə dəstəyi ilə “Gürcüstan Azərbaycan jurnalistlərinin gözü ilə” adlı layihə həyata keçiriləcək.
Publika.az-ın məlumatına görə, layihə avqustun 1-4 tarixlərində reallaşdırılacaq.
Layihənin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən KİV-də Gürcüstanın mədəniyyəti, tarixi, inkişafı ilə Azərbaycan oxucusunu tanış etməkdir.
Səfər çərçivəsində jurnalistlər üçün Gürcüstanın bir sıra şəhərlərinə, tarixi yerlərinə ekskursiyalar, Gürcüstan-Azərbaycan münasibətləri mövzusunda konfranslar təşkil olunacaq.
Bir sıra dövlət idarələrində, həmçinin Gürcüstanın Gənclər və İdman Nazirliyində dövlət rəsmiləri, mədəniyyət və ictimaiyyət xadimləri, Gürcüstanda yaşayan azərbaycanlılarla “dəyirmi masa” ətrafında görüşlər keçiriləcək.
Layihənin sonunda yığılan materiallardan ibarət broşurlar, video çarxlardan ibarət toplu hazırlanacaq və təqdimatı keçiriləcək.
Vasif Həsənli
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu