Yağışdan çıxıb, yağmura düşən afrikalı tələbə
Bizi izləyin

Bilgi.az

Yağışdan çıxıb, yağmura düşən afrikalı tələbə

“Luqanskda olan hadisələr vətənimdə 11 il davam edən vətəndaş müharibəsini xatırladır”.

Publika.az korrospondent.net saytına istinadən xəbər verir ki, bu sözləri Ukraynanın şərqində, Luqanskda təhsil alan qərbi afrikalı tələbə Mohammad deyib.

O, üç ildi ki, Şevçenko adına Luqansk Dövlət Universitetində oxuyurmuş.

Mohammad deyir ki, müharibənin nə olduğunu bilir: ”Bizdə də belə başlamışdı, 1991-ci ildən 2002-ci ilədək davam etdi. Qorxuram, bu, Ukraynada təkrarlana”.

Mohammad bu ilin martında ukraynalı xanımla ailə qurub. Luqanskda hadisələr başlayandan ailəsi ilə Kiyevə köçüb.

Xatırladaq ki, Syerre-Leonedə 11 il ərzində vətəndaş müharibəsi gedib, bu müddət ərzində dəfələrlə hökumət dəyişib, ölkəyə başqa dövlətlərin hərbi qüvvələri yeridilib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm