Böyükağa Hacıyevi Sloveniyada saymadılar – FOTO
Bizi izləyin

İdman

Böyükağa Hacıyevi Sloveniyada saymadılar – FOTO

Böyükağa Hacıyevi Sloveniyada saymadılar – FOTO

Jurnalistlər “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin Sloveniyada keçirdiyi mətbuat konfransına maraq göstərməyib.

Publika.az xəbər verir ki, bu barədə “Koper” klubunun rəsmi saytı məlumat yayıb.

Mənbədə qeyd olunur ki, matça akreditasiya almaq üçün kluba 40 KİV nümayəndəsi müraciət etsə də, oyunöncəsi mətbuat konfransında çox az jurnalist iştirak edib.

Belə ki, rəqib baş məşqçi Rodolfo Vanolinin mətbuat konfransında 4 nəfər jurnalist iştirak etsə də, Hacıyevin çıxışına ancaq Bakı klubu ilə Sloveniyaya səfər etmiş Elnur Əşrəfoğlu qulaq asıb.

Qeyd edək ki, bu gün “Neftçi” Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Sloveniya klubu “Koper”lə qarşılaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm