Səhiyyə Nazirliyindən özəl klinikanın bağlanmasına MÜNASİBƏT
Bizi izləyin

Qırmızı.az

Səhiyyə Nazirliyindən özəl klinikanın bağlanmasına MÜNASİBƏT

“Lanset” cərrahlıq klinikasının fəaliyyətini dayandırmasına səbəb lisenziya müddətinin bitməsidir. Bu barədə Publika.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib.

Onun sözlərinə görə, lisenziya almaq üçün klinika tərəfindən nazirliyə müraciət edilib.

“Lakin lisenziya verilməsi üçün müvafiq komissiya tərəfində klinikada yoxlama keçiriləcək. Bir həftə ərzində bu məsələ araşdırılacaq. Klinikanın fəaliyyətində hər hansı problem aşkarlanmazsa, lisenziya veriləcək”.

Xatırladaq ki. Movqe.az “Lanset” cərrahlıq klinikasının fəaliyyətinin dayandırması barədə məlumat yayıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm