Qırmızı.az
Oqtay Əsədov AKP-dən danışdı
Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan
Türkiyənin Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmazın
rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə,
O.Əsədov Azərbaycanla Türkiyə arasındakı sarsılmaz dostluq və
qardaşlıq münasibətlərindən söz açıb. Qeyd olunub ki, ölkələrimiz
hər zaman bir-birini dəstəkləyir və dostluq yardımlarını
əsirgəmirlər. Parlamentin spikeri Türkiyənin böyük bir siyasi
hadisəyə - yeni prezident seçkilərinə hazırlaşdığını deyib və bu
seçkilərdə qardaş ölkəyə uğurlar arzulayıb.
Görüşdə Türkiyənin inkişafında hakim Ədalət və İnkişaf Partiyasının
və yerli özünüidarəetmə orqanlarının rolundan danışılıb.
Spiker qeyd edib ki, bələdiyyə orqanları arasında əməkdaşlığın daha
da intensivləşməsi əlaqələrimizin gələcək inkişafına böyük töhfələr
verə bilər. Belə qarşılıqlı səfərlərin münasibətlərimizin daha da
dərinləşməsinə xidmət etdiyi bildirilib, dostluq əlaqələrinin
möhkəmləndirilməsi, təcrübə və informasiya mübadiləsi baxımından
zəruri olduğu vurğulanıb.
Bolu vilayətinin bələdiyyə başçısı A.Yılmaz Azərbaycanda müşahidə
etdiyi inkişaf və tərəqqidən, ölkəmizdə müasir stardartlara uyğun
tikinti və yenidənqurma işlərinin aparılmasından, paytaxt Bakının
abadlığından və çiçəklənməsindən, zəngin infrastruktur sisteminin
yaradılmasından məmnunluğunu ifadə edib. Qonaq Azərbaycanın və
Türkiyənin inkişafına mane ola biləcək hər hansı problemin aradan
qaldırılması və ikitərəfli münasibətlərin daha da dərinləşməsi üçün
səylərin sıx birləşdirilməsinin vacibliyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər barədə fikir
mübadiləsi aparılıb.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!