Luqanskda səfərbərlik elan edildi (FOTO)
Bizi izləyin

Dünya

Luqanskda səfərbərlik elan edildi (FOTO)

“Luqansk xalq respublikası”nın başçısı Valeri Bolotov ordunun möhkəmləndirilməsi üçün ümumi səfərbərlik elan edib.

ANS PRESS-in məlumatına görə, bu haqda “Luqansk xalq respublikası”nın saytında bildirilir.

"Hamını, kim əlində silah tuta bilir, biz onları "Luqansk xalq respublikası"nın ordusuna daxil olmağa çağırırıq", - deyə xəbərdə qeyd olunur.

Bolotov əhalini "yeni, hərbi ahəng qurmağa" çağırıb.

Qeyd edək ki, bir neçə gün öncə Ukrayna prezidenti Petro Poroşenko da ölkədə səfərbərlik elan etmişdi.


Valeri Bolotov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm