Ermənistanın dərdi tapıldı (FOTO)
Bizi izləyin

Dünya

Ermənistanın dərdi tapıldı (FOTO)

"Ermənistanda bütün problemlər prezident Serj Sarkisyana görə meydana çıxır".

ANS PRESS-in məlumatına görə, bu haqda mətbuat konfransında müxalifətçi siyasətçi, "Milli razılıq" partiyasının lideri Aram Harutyunyan bildirib.

Ermənistanın daxili və xarici siyasəti haqqında danışan Harutyunyan əmindir ki, Ermənistanın bütün uğursuzluqları yalnız Serj Sarkisyanla bağlıdır.

"Bu gün Ermənistan hakimiyyəti yanlış yoldadır, elə fon yaradırlar ki, sanki hökumət konstitusiya islahatlarından istifadə edərək ciddi qərarlar qəbul edir", - deyə müxalifətçi bildirib.

"Əgər Qaqik Harutyunyan deyirsə ki, konstitusiya mərkəzində insan olmalıdır, sonda aydınlaşacaq ki, bu insan - Serj Sarkisyandır.Yəni hər şey onun üçün olmalıdır, bircə ona yaxşı olsun", - deyə Harutyunyan əlavə edib.

Harutyunyan sonda əlavə edib ki, Serj Sarkisyan hakimiyyədə olduğu müddətdə müsbət istiqamətdə hansısa dəyişikliklər haqqında fikirləşmək əhəmiyyətsizdir.


Aram Harutyunyan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm