Qırmızı.az
Sevinc Babayevanın oğlu azadlığa buraxıldı
Bakı Apelyasiya Məhkəməsində 2012-ci ilin dekabrında
İstanbulda dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan
Məmmədovun apelyasiya şikayətinə baxılıb.
ANS PRESS-in Virtualaz.org-a istinadən məlumatına görə, hakim Həsən
Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara
görə, Ayxan Məmmədovun apelyasiya şikayəti təmin edilib və Binəqədi
Rayon Məhkəməsinin hökmü dəyişdirilib.
Ayxan Məmmədovun barəsində 1000 manat cərimə cəzası təyin edilib və
o, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, Ayxan Məmmədov “Favorit” marketinin 4-cü
mikrorayondakı (Binəqədi rayonu, Mir Cəlal küçəsi, 59, “Tərlan”
şadlıq sarayının yaxınlığındakı) filialından oğurluğa cəhd etməkdə
təqsirləndirilirdi. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci
maddəsi ilə ittiham irəli sürülüb. İbtidai istintaq və məhkəmə
dövründə onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri
seçilib.
Bu müddət ərzində o, azadlıqda olub. Cinayət işi üzrə məhkəmə
prosesi iyun ayının 25-də yekunlaşıb. Binəqədi rayon Məhkəməsinin
qərarı ilə A.Məmmədov məhkəmə zalındaca həbs olunuraq 3 il 6 ay
müddətinə azadlıqdan məhrum edilib.
Virtualaz.org saytı Ayxan Məmmədovla əlaqə saxlayıb. Onun
telefonuna cavab verən qohumu bu qərarın həm Ayxan, həm də
yaxınları üçün gözlənilməz olduğunu deyib: “Çox sevinirik. Doğrudan
da gözlənilməz idi. Ədalətli qərar çıxarıldı. Bu işdə əməyi keçən
hər kəsə təşəkkür edirik”.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB