Tabloid.az
Dünyanın tanınmış musiqiçiləri Qəbələdə toplaşıb
Dünyanın tanınmış musiqiçiləri yenə də Qəbələdə
toplaşıb. Burda musiqi bayramı başlayıb. Altıncı dəfə keçirilən
festivalda təşkilatçılar bu dəfə yeniliklər də
ediblər.
ANS TV-nin məlumatına görə, Qəbələdə VI beynəlxalq musiqi
festivalına start verildi. Heydər Əliyev Fondunun bu beynəlxalq
layihəsində Azərbaycanla yanaşı xarici ölkələrdən dəvət olunan
görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorlar
iştirak edir.
Təşkilat komitəsinin üzvü Dmitri Yablonskinin sözlərinə görə,
Azərbaycan musiqiçiləri ilə bərabər məhşur dünya şöhrətli ifaçılar
da iştirak edəcək. “Çox möhtəşəm bir konsert olacaq, həmçinin Qax
və Şəkidə də konsertlər olacaq”.
Tədbirin təşkilat komitəsinin sədri Fərhad Bədəlbəyli bu dəfəki
festivalın əvvəlkilərdən bir çox yenilikləri ilə fərqlənəcəyini
bildirdi: "İsraildən balet truppası gələcək. Onlar Q. Qarayevin “7
gözəl” baletini nümayiş etdirəcəklər. Çox maraqlı olacaq. Dünya
şöhrətli musiqiçilər gəlirlər".
Açılışa Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
təbrik məktubunun oxunması ilə start verildi. Millət vəkili, Fəttah
Heydərov VI Qəbələ beynəlxalq musiqi festivalı vasitəsi ilə
ölkəmizin dünyaya sülh mesajlarının heç bir sərhəd tanımayan musiqi
dili ilə bəyan olunduğunu dedi.
Festivalda dünya musiqi mədəniyyətinin bir çox tanınmışları, eləcə
də Oksana Yablonskaya, Dmitri Yablonski, Yulian Raxlin, Gil Şohat,
Tatyana Şafran və başqaları iştirak edəcək. Ölkəmiz isə Dövlət
simfonik orkestri eləcə də Fərhad Bədəlbəyli, Rauf Abdullayev,
Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, Yeganə Axundova ilə təmsil
olunur. Festival avqustun 1-dək davam edəcək.
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO