Saakaşvili Qaribaşvilini “satqın” adlandırdı
Bizi izləyin

Dünya

Saakaşvili Qaribaşvilini “satqın” adlandırdı

Gürcüstanın eks prezidenti öz facebook səhifəsində ölkəsinin Ukraynaya dəstək olmamasına görə hazırki hakimiyyəti tənqid atəşinə tutub.

ANS PRESS-in məlumatına görə, “Gürcüstan hökümətinin Ukraynaya yönəlik tutuduğu mövqe” başlıqlı statusda Saakaşvili İrakli Qaribaşvilinin açıqlamasında Rusiya ilə əlaqələrin düzəlməsi üçün Ukrayanaya dəstək verməməsini satqınlıq kimi qiymətləndirib.

O qeyd edib ki, baş nazir bu hərəkəri ilə strateji şəkildə Gürcüstanın mövqeyini dəyişib.

“Gürcüstan uzun illər boyu Rusiya müstəmləkəçilik iddiaları ilə faktiki olaraq tək mübarizə aparıb. İndi isə bütün dünya Ukraynanı dəstəklədiyi bir vaxtda bu adamın Ukraynaya dəstək verməməsi satqınçılıqdır”- deyə eks prezident fikrini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm