Texnoloji
Azərbaycan 7 pillə irəlilədi
Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2014” (“The Global Information Technology Report 2014”) hesabatında Azərbaycan “Şəbəkələşmə Hazırlığı İndeksi”nə görə əvvəlki mövqeyindən 7 pillə irəliləyərək dünyanın 148 ölkəsi arasında 49-cu yerə yüksəlib. Publika.az-ın məlumatına görə, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 ayının yekunları ilə bağlı kollegiya iclasında səsləndirilib.
Kollegiyaya yekun vuran nazir Əli Abbasov müvafiq fərman, sərəncam və dövlət proqramlarında RYTN-lə bağlı məsələlərin birmənalı şəkildə icrasının vacibliyini diqqətə çatdırıb.
İclasda bildirilib ki, ölkəmiz hər 100 nəfərə düşən internet
istifadəçilərinin sayına görə 148 ölkə arasında 59-cu yeri tutmaqla
MDB-də liderlik mövqeyini qoruyub saxlayır. BMT-nin ənənəvi olaraq
hər iki ildən bir nəşr etdiyi “E-Hökumət müayinəsi 2014” adlı
hesabatın builki nəşrində Azərbaycan 193 ölkə arasında “Elektron
hökumətin inkişafı indeksi” üzrə əvvəlki mövqeyini 28 pillə
artıraraq 96-cı yerdən 68-ci yerə yüksəlib.
2014-cü ilin I yarımilliyi ərzində İKT, informasiya və poçt
sektorunda əldə olunan gəlirlərin həcmi müqayisəli qiymətlərlə ötən
ilin müvafiq dövrünə nisbətən 13,0% artıb. Hazırda ölkədə hər 100
nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir. Eyni zamanda
ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 73-ə,
genişzolaqlı internet istifadəçilərinin sayı 55-ə, kompüter
istifadəçilərinin sayı isə 62-yə bərabərdir. Ölkədə əhalinin
internet xidmətlərinə tələbatının artmasının və yaradılmış texniki
imkanın nəticəsidir ki, beynəlxalq internet kanallarının ümumi
tutumu 250 Gb/s-ə çatdırılıb. Eyni zamanda, ölkə əhalisinin
yaşadığı ərazilərin 97,5%-i açıq paketlə (10-12 kanal) rəqəmli
televiziya yayımı ilə təmin edilib.
Gülxar
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Hadisə17:32
Bakıda bazar yanır - Yeniləndi
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi