Şamaxıda narkotik plantasiyası tapıldı
Bizi izləyin

Qırmızı.az

Şamaxıda narkotik plantasiyası tapıldı

Daxili İşlər Orqanlarının əməkdaşları Şamaxı rayon Qaleybuğurd kənd sakini Səlim Sadıqova məxsus torpaq sahəsində külli miqdarda narkotik xassəli bitkinin əkilib-becərildiyini aşkar ediblər.

Baş Narkotiklərlə Mübarizə İdarəsindən Publika.az-a verilən xəbərə görə, müəyyən edilib ki, həmin ərazini 60 yaşlı Sərdar Şərifzadə Səlim Sadıqovdan icarəyə götürüb. Sahədən hündürlüyü 2 metrdən çox olan 100-ə yaxın çətənə kolu maddi sübut kimi götürülüb.

Sərdar Şərifzadə ifadəsində bildirib ki, narkotik maddə becərmək məqsədilə torpağı may ayında icarəyə götürdüyünü və sahibi Səlim Sadıqovun razılığı ilə çətənə kolları əkib-becərdiyini etiraf etdi. Bildirib ki, narkotik xassəli bitkilərə şəxsən özü xüsusi aqrotexniki qaydalara qulluq edidi. Sərdar Şərifzadə həmçinin bildirib ki, çətənə kollarının daha yaxşı inkişaf etməsi üçün xüsusi gübrələrdən də istifadə edib. Yaxın günlərdə kolları yığaraq qurudub satmağa hazırlaşsa da, istəyinə çata bilməyib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlayıb, istintaq aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm