İki nəfəri əqrəb, birini ilan sancdı
Bizi izləyin

Qırmızı.az

İki nəfəri əqrəb, birini ilan sancdı

Ötən gün iki nəfəri əqrəb, bir nəfəri isə ilan sancıb. Onlara ilkin yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib. Bu barədə Publika.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova məlumat verib.

Onun sözlərinə görə, Hövsan qəsəbəsi Zeytunluq sovxozunda 28 yaşlı qadını ilan sancıb. İlkin yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Ötən gün Türkan qəsəbəsində 56 yaşlı kişini və Səbail rayonunda 57 yaşlı qadını əqrəb sancıb. Onlara ilkin yardım göstərilib, xəstəxanaya yerləşdirilib.

Bir nəfər 24 yaşlı oğlanı isə gün vurub. O, gün ərzində açıq havada qalıb, axşam isə halı pisləşib. Həkimlər ilkin yardım göstəriblər, həmin şəxs xəstəxanaya getməkdən imtina edib.

Z.Vahidova bildirib ki, adətən insanlar günvurmanın əlamətlərini bilmirlər, sadəcə baş ağrısı, ürəkbulanma şikayəti ilə müraciət edirlər. Təcili yardım həkimləri müayinə etdikdən sonra diaqnoz qoyur. İnsanlar başağrısı, ürəkbulanma, başgicəllənmə əlamətləri hiss etdikləri halda tibbi yardım almalıdırlar.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm