Yeddi yaşlı qızı zorlayanları linc etdilər
Bizi izləyin

Bilgi.az

Yeddi yaşlı qızı zorlayanları linc etdilər

Hindistanda 7 yaşlı qızı zorlayıb asmaqda günahlandırılan üç kişini kənd camaatı özü cəzalandırıb. Nəticədə, bir kişi ölüb, digər iki cani isə vəhşicəsinə döyülüb.

Yeddi yaşlı uşaq Kaliabazar kəndində yoxa çıxıb və qızcığaz sonradan sakinlər tərəfindən ağacdan asılı vəziyyətdə tapılıb. Onu zorlayaraq qətlə yetirənlərdən biri hindu dininin müqəddəslərindən hesab edilir, o birilər isə onun dostlarıdır.

Yerli əhali onları taparaq elə küçədəcə döyüb. Canilərdən biri xəstəxanada keçinib, digər ikisi isə müalicə alır.

Bu, Hindistanda qızların zorlanaraq qətlə yetirildiyi ilk hadisə deyil. Keçən ay iki bacı zorlanaraq ağacdan asılıb və bundan qəzəblənən sakinlər baş verən növbəti zorlama hadisəsində caninin “dərsini” özləri vermək qərarına gəlib. Əvvəlcə onlar hindu loğmanın evinə od vurub, sonradan isə onu və dostlarını taparaq qızın qisasını alıb.

Polis bölməsindən o da bildirilir ki, hindu “müqəddəsi” və qızın ailəsi arasında düşmənçilik olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm