Doğuş azərbaycanlı sevgili axtarışında
Bizi izləyin

Tabloid.az

Doğuş azərbaycanlı sevgili axtarışında

Xəbər verdiyimiz kimi, ATV kanalında yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı, tanınmış jurnalist Xoşqədəm Hidayətqızının dəvəti ilə Azərbaycana gələn Türkiyənin ünlü müğənnisi Doğuş Bakıda öz xeyriyyə konsertlərini davam etdirir.

Ötən gün isə belə xeyriyyə tədbirlərindən biri Bilgəhdəki müharibə və əmək əlilləri pansionatında (qocalar evində) baş tutdu. Tədbirdən sonra Publika.az-ın suallarını cavablandıran tanınmış müğənni qocalar və uşaqlar evində tez-tez olmasının səbəbini də açıqladı:

“Mənim uşaqlığım da yaxşı keçməyib, eyni həyatı mən də yaşamışam. Hamımız uşaq olmuşuq, hamımızın həyatında problemlər ola bilər və sabah hamımız qocalacağıq. Bunu düşünərək hərəkət etsək, insanlara kömək etmiş olarıq, problemi olan insanlara yardım etmiş olarıq. Ona görə də mən Azərbaycandakı sənətçi dostlarımı da belə yerlərə tez- tez ziyarət etməyə çağırıram və bilirəm ki, onlar da vaxtaşırı köməyə ehtiyacı olan insanlara yardım edirlər. Gəlin unutmayaq ki, hamımız bir gün yaşa qolacayıq”...

- Bildiyimizə görə, bu yaxınlarda Bakıda möhtəşəm konsertiniz olacaq. Konsert nə zaman baş tutacaq?

- Bu konsertimiz avqustun 2 də “Panoramic Restaurant Music Hall”da baş tutacaq. Artıq bildiyimə görə biletlərin çox hissəsi də satılıb. Buna görə azəri qardaşlarıma mənə verdikləri dəyərə görə təşəkkür edirəm, çox sağ olsunlar. Konsertdə də hər şey canlı olacaq.

- Evlənmək haqda düşünürsüzmü?

- Hər şey qismətə bağlıdır.

- Necə bir qızla evlənmək istərdiz?

-Təmiz və vicdanlı bir xanımla ailə həyatı qurmaq istərdim.

- Bəs xarici görünüş və gözəllik, yəni siz gözəlliyə önəm vermirsiniz?

- Elə gözəl var şeytan çıxar, eləsi də var – mələk. Bunu bilmək olmur. Ona görə də evlənəcəyim insanın mərhəmətli, vicdanlı, gözəl bir qəlbə sahib olmasını istərdim.

- Milliyətin önəmi varmı?

- Mənim üçün milliyyətin heç bir önəmi yoxdur. Mənim üçün dünyanın hər yerində insan eynidir. Amma istərdim ki, azəri bir qız olsun…

Qeyd edək ki, avqustun 2-də “Panoramic Restaurant Music Hall”da baş tutacaq konsertin media dəstəkçisi Publika.az və Axar.az saytlarıdır.

Hikmət Kərimoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm