Qəzaya uğrayan təyyarə “Real”a məxsus olub
Bizi izləyin

İdman

Qəzaya uğrayan təyyarə “Real”a məxsus olub

Qəzaya uğrayan təyyarə “Real”a məxsus olub

Burkina Fasodan Əlcəzairə uşan təyyarə qəzaya uğrayıb.

110 sərnişin və 6 ekipaj üzvünün olduğu təyyarə Malidə səhrada yerə düşüb.

Təyyarədə olan 116 nəfərin hamısı həlak olub. Təyyarədəki sərnişinlərin çoxunun fransız olduğu bildirilir. Bu qəza ilə bağlı İspaniyadan ilginc bir məlumat yayılıb.

Publika.az xəbər verir ki, “Marca” qəzeti təyyarənin 2007-2008 illərdə "Real"a (Madrid) aid olduğunu və “La Saeta” adı altında İspaniya klubuna xidmət etdiyini yazıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm