Azərbaycandan Jirinovskiyə rəsmi təşəkkür
Bizi izləyin

Nida.az

Azərbaycandan Jirinovskiyə rəsmi təşəkkür

Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Rusiya Liberal Demokratlar Partiyasının lideri, deputat Vladimir Jirinovskinin prezident İlham Əliyev haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Publika.az xəbər verir ki, Novruz Məmmədov “Twitter” hesabında Jirinovskiyə təşəkkür edib.

“Azərbaycan, onun ümummilli lideri və Prezident İlham Əliyev haqqında “Rosiyya 24”-də dediyi fikirlərinə görə Jirinovskiyə təşəkkür edirəm. “RBK” kanalında bəzi jurnalistlər “Rosiyya 24”-ə baxıb dərs almalıdırlar, onların buna çox ehtiyacı var. Amma görünür ki, “RBK”-nın bəzi jurnalistləri dövlət maraqları ilə öz maraqlarını tez-tez “səhv salırlar”,- deyə PA rəsmisi bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm