Yanğın söndürüldü (Yenilənib)
Bizi izləyin

Qırmızı.az

Yanğın söndürüldü (Yenilənib)

Bakının Nərimanov rayonu ərazisində yeni tikilən hündürmərtəbəli binada baş vermiş yanğın artıq söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verlən xəbərə görə, yanğın binanın məişət tullantıları yığılan ərazisində qeydə alınıb. İlkin ehtimala görə, yanğına ehtiyatsızlıqdan baş verib.

12:47

Bakıda yarımçıq tikilidə yanğın başlayıb. Nərimanov Rayonu Polis İdarəsindən Publika.az-a verilən məlumata görə yanğın rayonun Əhməd Rəcəbli küçəsində yerləşən tikilidə başlayıb.

Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, Təcili Tibbi Yardım maşınları və polis əməkdaşları əraziyə cəlb olunub.

Yanğında xəsarət alanın olub-olmaması ilə bağlı hələlik məlumat verilmir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm