Şəmkirdə qanlı cinayət
Bizi izləyin

Qırmızı.az

Şəmkirdə qanlı cinayət

Şəmkirin Morul kəndində qətl hadisəsi baş verib. Şəmkir rayon polis şöbəsindən Publika.az-a verilən məlumata görə, kənd sakini 25 yaşlı Mübariz Zamanov və 28 yaşlı Elşən Nəcəfov arasında baş vermiş mübahisə qətllə nəticələnib.

Polis şöbəsindən onu da bildiriblər ki, əlbəyaxa dava zamanı hər iki şəxsin, həm Mübariz Zamanovun, həm də Elşən Nəcəfovun əlində bıçaq olub. Şahidlərin sözlərinə görə, qətlə səbəb bir-birlərinin ünvanına nalayiq ifadələr işlətməsi olub. Nəticədə, ikisi də ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Lakin həkimlər Mübariz Zamanovun həyatını xilas edə bilməyib.

Xəstəxanadan bildirilib ki, Elşən Nəcəfov gecə saatlarında əməliyyat olunub, hazırda reanimasiya şöbəsindədir. Vəziyyəti ağırdır.

Qeyd edək ki, faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Lakin Mübariz Zamanovu qətlə yetirən Elşən Nəcəfovun da vəziyyəti ağır olduğundan polis hələ onun ifadəsini ala bilməyib. Araşdırmalar davam etdilrilir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm