Traktorun qoşqusu aşdı: 6 ölü, 15 yaralı
Bizi izləyin

Dünya

Traktorun qoşqusu aşdı: 6 ölü, 15 yaralı

Traktorun üzərinə ağacın aşması nəticəsində 6 nəfər ölüb, 15 adam yaralanıb.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Türkiyədə Yığılca Mahalında baş verib. Meşədə kolları və otları təmizləyən işçilər hava şəraitinin kəskin dəyişməsi və yağışın başlaması səbəbilə traktora əyləşib yola çıxıblar. Yolda ağacın budağı qırılararq traktorun üzərinə aşıb.

Bu zaman traktora bağlı olan qoşqu çevrilib və işçilər altında qalıb. Nəticədə 6 nəfər - 34 yaşlı Birgül Çelik, 43 yaşlı Nazim Kara, 23 yaşlı Erkan Çakır, 17 yaşlı Hale Çelik, 13 yaşı Sedat Yalçın və 40 yaşlıı Ədalət Altınay dünyalarının dəyişiblər. Onların meyiti xılasedicilər tərəfindən traktorun altından çıxarılıb. Hadisə zamanı yaralanan 15 nəfər isə xəstəxanalara yerləşdirilib.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm