Jirinovskiyə cinayət işi açıldı
Bizi izləyin

Dünya

Jirinovskiyə cinayət işi açıldı

Ukrayna Daxili İşlər Nazirliyi Rusiya Kommunist Partiyasının (KP) sədri Gennadi Züqanov və Rusiya Liberal Demokrat Partiyasının (LDP) lideri Vladimir Jirinovskiyə qarşı cinayət işi açıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər nazirinin köməkçisi Zoryan Şkiryak məlumat verib.

Şkiryakın sözlərinə görə, adıçəkilən şəxslər Ukrayna dövlət sərhədini dəyişdirməyə cəhd göstərənləri maliyyələşdirməkdə ittiham olunurlar.

Qeyd edək ki, LDP sədri Vladimir Jirinovski separatçı Donetsk Xalq Respublikasının lideri Denis Puşilinə 175 min dollar vermişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm