Akademik: “Fələstinli qadınlara təcavüz olunsun”
Bizi izləyin

Dünya

Akademik: “Fələstinli qadınlara təcavüz olunsun”

Yerli radioların birində verilişdə çıxış edən İsrailin Bar İlan Universitetinin akademiki Mordeçay Kedar şok açıqlama verib.

Axar.az xəbər verir ki, Kedar verdiyi açıqlamasında İsrail əsgərlərinə HƏMAS-la mübarizə aparmaq üçün onların qadınlarına təcavüz etməyi məsləhət görüb.

“Günahsız uşaqları öldürən terrorçuların qarşısını ala biləcək yeganə vasitə onların qızları və ya analarına təcavüz etməkdir. Təcavüz bir kamikadzeni keçirəcəyi aksiyadan çəkindirib evinə geri göndərən yeganə vasitədir. Terrorçu bilməlidir ki, aksiya keçirəcəyi təqdirdə bacısı və anasına təcavüz olunacaq. Yalnız o halda evinə qayıdar, onların namusunu qoruyar”, - deyə akademik bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm