Nərdivandan yıxılıb öldü
Bizi izləyin

Qırmızı.az

Nərdivandan yıxılıb öldü

Yaşlı kişi nərdivandan yıxılaraq ölüb.

Hadisə Şəkinin Bideyz kəndində baş verib. 60 yaşlı rayon sakini Hidayət İsgəndərov evdə elektrik işləri görərkən nərdivandan yıxılıb.

Şəki Rayon Mərkəzi Xəstəxanasından Publika.az-a verilən xəbərə görə, o, qapalı kəllə-beyin xəsarəti ilə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Başına qan sızması nəticəsində dünyasını dəyişib.

Şəki rayon prokurorluğundan faktı təsdiqlədilər və bildirdilər ki, faktla bağlı cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm