Nida.az
“Özünü artıq başqan hesab edib vəzifə bölgüsü aparır” – Şok açıqlama
Müsavat başqanının müşaviri, başqanlığa iddialı olan Səxavət Əlisoy partiya daxilində başqanlıq uğrunda mübarizələrlə bağlı maraqlı açıqlamalar verib.
Publika.az xəbər verir ki, S. Əlisoy bildirib
ki, bu gün Azərbaycan siyasi mühitində ən maraq doğuran sual
Müsavat başqanının kim olmasıdır: “Biriləri özünü artıq başqan
hesab edir və vəzifə bölgüsü aparır, bəzilərini dostları başqan
görür, elələri də var ki, 5-6 min kilometrdən ismarış-ultimatum
yollayır ki, filankəsdən savayı kimsə başqan postunda otura bilməz.
Siyasi səriştəni və təcrübəni kriteriya kimi vurğulayanlar var,
“filankəs”in bu posta daha çox yaraşdığını iddia edənlər var,
“behmənkəs”in başqan olduğu təqdirdə partiyanın ağ günə çıxacağını
deyənlər var, siyasi koridorlarda çox şeylər danışanlar var. Bütün
bunların hamısı normaldır, nədən ki, hər kəsin danışmaq,
düşündüklərini izhar etmək haqqı var. Deyilənlərə birini də mən
əlavə etmək istəyirəm.
Müsavat Partiyası tarixi bir partiyadır və milli dəyərlərimizdən
biridir. Bu partiyada çox sayda ziyalı başqan postuna layiqdir.
Sadəcə, bu iddiaya düşən unutmamalıdır ki, əhalinin 90 faizindən
çoxu, o cümlədən müsavatçıların da 90 faizindən çoxu Azərbaycan
türkləridir. Odur ki, Müsavat Partiyasının başqanı türk oğlu türk
olmalıdır və əminəm ki, belə də olacaq”.
Asif
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...