Qırmızı.az
Nazirlik Litva təcrübəsini öyrənir
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin (ETTM) fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Mərkəzin xarici ölkələrin müvafiq qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlığının gücləndirilməsinə və qabaqcıl dünya təcrübəsini öyrənməsinə xüsusi önəm verilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, bu istiqamətdə işlərin davamı olaraq, mərkəzin əməkdaşları Litvaya səfər ediblər. Burada nümayəndə heyəti Litvanın Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyət prinsipləri, idarəetmə strukturu, iş təcrübəsi ilə yaxından tanış olublar.
Litva Sosial Tədqiqatlar Mərkəzinin direktoru (LSTM) Meylute Talyunayte, Mərkəzin Əmək və Sosial Tədqiqatlar İnstitutunun direktoru Boquslavus Qruşevski, qurumun Böyük Elmi Şurasının üzvləri ilə keçirilən görüşlərdə LSTM-in fəaliyyəti, onun əmək və sosial müdafiə sahəsində aparılan islahatlarda rolu və s. barədə ətraflı məlumatlar əldə edilib. Burada aparılan tədqiqat işləri, həyata keçirilən layihələrlə bağlı ətraflı təqdimatlar keçirilib və geniş müzakirələr aparılıb. Daha sonra LSTM-in tədris otaqları, konfrans və toplantı salonları, kitabxana ilə tanışlıq olub və mərkəzin şəhər kənarındakı təlim-tədris kampusunda səyyar seminar keçirilib.
ƏƏSMN-in Əmək və Sosial Problemlər üzrə ETTM-nin fəaliyyət strukturunun təkmilləşdirilməsi məqsədilə LSTM-in təcrübəsindən istifadə edilməsinin məqsədəmüvafiq olduğu vurğulanıb və bu məqsədlə gələcəkdə iki mərkəz arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması qərara alınıb.
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI