Polis qoyun oğrularını bazarda yaxaladı
Bizi izləyin

Qırmızı.az

Polis qoyun oğrularını bazarda yaxaladı

Qobustan rayon sakini Köçəri Əliyevə məxsus təsərrüfatdan 6 baş qoyun oğurlanıb.

Rayon polis şöbəsindən Publika.az-a verilən məlumata görə, oğurluqda təqsirləndirilən iki nəfər - rayonun Ərəbşalbaş kənd sakinləri Səyyar Məmmədov və Sədi Əliyev tutulublar. Onlar əməllərini etiraf edərək ehtiyac üzündən oğurluq etdiklərini bildiriblər:

“Bir az borcum vardı, qaytara bilmirdim. Bir də banka kreditim vardı. Onu da verə bilmirdim. Hər gün zəng edirdilər. Yarımcıq təsərrüfatda xırda mal-qara olduğunu bilirdim. Amma tək oğurlaya bilmədim. Kömək üçün Səyyara dedim. O da razılaşdı. Elə bildim təsərrüfatda qoyun coxdu, gördüm 6 başdır. Götürüb çıxdıq”,- deyə Sədi bildirib.

Onlar qoyunları bazara aparıb, satıb pulu aralarında bölməyi planlaşdırsalar da, polis onları yaxalayıb:

“Biz düşündük ki, bazarda satsaq, heç kim şübhələnməz. Orda qarışıqlıq olur. Bir də baxdıq polis başımızın üstünü kəsib”.

Qeyd edək ki, Sədi Əliyev əvvəllər də oğurluq etdiyinə görə məhkumluq həyatı yaşayıb. Hər iki şəxs barəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm