Şeyx məscidin tikintisi ilə tanış alıb
Bizi izləyin

Qırmızı.az

Şeyx məscidin tikintisi ilə tanış alıb

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Binəqədi rayonundakı yeni məscidin inşası ilə tanış olub. QMİ-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, öz möhtəşəmliyi ilə seçiləcək məscid kompleksi Azərbaycan dövlətinin dindarlara diqqət və qayğısının növbəti təzahürüdür.


Şeyxi prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov müşayiət edib.


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məscid kompleks barədə məlumat verərək bildirib ki, yeni məsciddə dindarların rahat ibadət etməsi üçün hər cür şərait yaradılacaq. O, bildirib ki, məsciddə 95 metr hündürlükdə minarələr inşa edilir.


Əli Əsədov din xadimləri, inşaat işlərini aparan mütəxəssislərlə məsləhətləşib, işlərin yüksək səviyyədə və vaxtında başa çatdırılması üçün müəyyən göstərişlərini verib.


Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə görülən işləri yüksək qiymətləndirib, təkliflərini verib və bu işdə əməyi olan hər kəsə təşəkkürlərini bildirib.











Oxumağa davam et
Reklam
Reklam

Gündəm