Korrupsiyaya görə 43 nəfər cinayət məsuliyyətinə cəlb edilib
Bizi izləyin

Qırmızı.az

Korrupsiyaya görə 43 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Azərbaycan Silahlı Qüvvələrində korrupsiya hallarına yol vermiş 43 şəxs barəsində 30 cinayət işinin istintaqını tamamlayaraq baxılması üçün hərbi məhkəmələrə göndərilib.

Publika.az-ın məlumatına görə, bu barədə Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Respublika Hərbi Prokurorluğunda 2014-cü ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirib.

X. Vəliyev qeyd edib ki, respublikanın hərbi prokurorluq orqanları 2014-cü ilin birinci yarısında korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək bu xarakterli faktlar üzrə 43 şəxs barəsində 30 cinayət işinin istintaqını tamamlayaraq aidiyyəti üzrə baxılması üçün hərbi məhkəmələrə göndəriblər ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz çoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm