Gövhər Həsənzadə “Ada”sından danışdı – FOTO
Bizi izləyin

Tabloid.az

Gövhər Həsənzadə “Ada”sından danışdı – FOTO

Bəstəkar Gövhər Həsənzadənin yeni yaratdığı “Ada” rok qrupu konsertə hazırlaşır. Hazırda istirahət edən yaradıcı heyət yeni mövsümdə tamaşaçılarının qarşısına çıxacaq.

Bu barədə Publika.az-a danışan bəstəkar qrupun gələcəyindən çox ümidli olduğunu bildirdi: “Azərbaycanda savadlı rok musiqi dinləyicisi çoxdur. Həqiqət, çağırış, düşüncə, ritm, dinamika, hayqırtı musiqisi olan rok bugünkü Azərbaycanımıza çox yaraşır. Ən azından, torpaqlarımızın işğalı ilə bağlı apardığımız mübarizə ilə, dinamik inkişafımızla biz dünyanın diqqətini özümüzə cəlb edə bilmişik. Rok musiqisi də buna xidmət edir. Azərbaycanda yetərincə peşəkar, savadlı rok musiqinin dinləyicisi çoxdur. “Ada” qrupunun üzvləri hazırda istirahətdədirlər, avqustun 20-dən sonra yenidən toplanacağıq. Sentyabrda qrupun böyük bir layihədə yarım saatlıq çıxışı nəzərdə tutulur. İlin sonunadək albom üçün mahnılar hazırlayırıq. Hətta ola bilər ki, sentyabrda qrupun yeni studiyasının açılışını edək. “Ada” hələlik dünya ulduzlarının musiqilərini ifa edir. Çünki biz indi heç kimə bəlli olmayan, yad ideyaları gerçəkləşdirməyə çalışsaq, tamaşaçı bizi qəbul etməyəcək. Bu, tədricən baş verəcək. Əgər tamaşaçı roku dünyadan qəbul edirsə, bizdən də edəcək”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm