Qırmızı.az
Səhiyyə Nazirliyində hepatitli xəstələrlə bağlı yeni komissiya yaradıldı
Səhiyyə Nazirliyində "Hepatit virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiya" yaradılıb.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyev hepatit virusuna yoluxmuş xəstələrin diaqnozlarının müəyyən edilməsi, qeydiyyatının aparılması, onların dərman preparatları ilə təmin edilməsi və müalicəsinin təşkilinin təkmilləşdirilməsi məqsədilə əmr imzalayıb.
Komissiyaya professor Murad Məmmədov rəhbərlik edir.
Əmr əsasında hepatitli xəstələrin diaqnozunun dəqiqləşdirilməsi məqsədilə müayinə planı təsdiq edilib. Respublikanın şəhər, rayon tibb idarə və müəssisələrinin rəhbərlərinə virus hepatitli xəstələrin planda qeyd olunmuş müayinələrin nəticələrinə əsasən komissiyaya göndərilməsinə dair tapşırıqlar verilib.
Əmirdə hepatit virusuna yoluxmuş xəstələrin müalicəsi üzrə klinik protokolun hazırlanması, xəstələrin dəqiq qeydiyyatının aparılması, müayinələrin nəticələrindən asılı olaraq xəstələrin ambulator və stasionar müalicəsinin klinik protokola uyğun təşkilinə nəzarət edilməsi və bu kimi əhəmiyyətli faktlar əks olunub.
Hazırda həmin komissiyanın rəyi əsasında virus hepatitli xəstələrin müvafiq dərman preparatları ilə, eləcə də müəyyən edilmiş tibb müəssisələrinin lazımi avadanlıqlarla təminatı ilə bağlı tədbirlər həyata keçirilir.
Qeyd edək ki, ölkəmizdə viruslu hepatitlərə yoluxma halları illər üzrə müqayisədə aşağı düşüb. Belə ki, 2010-cü ildə bütün tip hepatitlər üzrə ilkin aşkarlanma 1282 olmuşdusa, bu göstərici 2013-cü ildə 524 olub. Bunlardan da 2010-cu ildə Hepatit A 656, B 383, Hepatit C 224 nəfərdə aşkarlanıb. 2013-cü ildə isə hər birində xeyli azalma müşahidə olunub. Belə ki, ümumi aşkarlanmış 524 haldan Hepatit A 150, B 223, Hepatit C isə 151 nəfərdə olub.
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin