“Qafqaz dəhlizi”: ABŞ hərbi texnikası Bakı vasitəsilə daşınacaq
Bizi izləyin

Nida.az

“Qafqaz dəhlizi”: ABŞ hərbi texnikası Bakı vasitəsilə daşınacaq

ABŞ “Azərbaycan Dəmir Yolları” QSC-dən və Bakı-Tbilisi-Qars dəmir yolundan hərbi yüklərin daşınması üçün istifadə edəcək.

Publika.az xəbər verir ki, bu barədə Rusiya mənbələri məlumat yayıb.
Məlumata görə, Əfqanıstandan çıxarılan hərbi texnikanın təxliyyəsi üçün Amerika hərbçiləri tərəfindən hazırlanmış “Qafqaz dəhlizi” istifadə olunacaq.

“Qafqaz dəhlizi Əfqanıstandan Türkmənistana qədər, ordan da Xəzərə qədər uzanır. Belə ki, təxliyyə Xəzərdə türkmənbaşı limanından Bakıya qədər bərə ilə gətiriləcək, burdan dəmir yolu vasitəsilə Gürcüstanın Batumi limanına, ordan da Türkiyəyə aparılacaq”, - deyə Rusiya mənbələri qeyd edir.

Məlumata görə, 2014-cü ilin payızından başlayaraq 2016-cı ilin sonuna kimi hər ay Qafqaz dəhlizindən ən azı 2200 konteyner texnika daşınacaq.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm