“20 Yanvar”da qan su yerinə axdı
Bizi izləyin

Qırmızı.az

“20 Yanvar”da qan su yerinə axdı

Yasamal rayonunda bıçaqlanma hadisəsi olub. Orxan Cövizov Moskva prospekti 67 saylı binanın qarşısında tanımadığı şəxsi - Faiq Qasımovu bıçaqlayaraq ona xəsarət yetirib.

Yasamal Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Polis əməkdaşları isə cinayəti törətməkdə şübhəli bilinən Orxan Cövizovu saxlayıb istintaqa təhvil veriblər.

Hadisənin baş verməsində F.Qasımovu günahlandıran O.Cövizov bildirib ki, işdən çıxıb evə gedərkən dincəlmək üçün “20 Yanvar” metrosunun çıxışındakı pilləkəndə oturub. Bu zaman F.Qasımov ona irad tutaraq mübahisə edib:

“Mənə dedi ki, qaqaş, bura sənin üçün oturmaq yeridir? Dedim, nolub ki? Dedi, olmaz burda oturmaq! Mən də qayıtdım ki, cox vaxt burada saatlarla otururdum. İndi sən də gəlib mənə deyirsən, burada oturma".

Gənclər arasındakı mübahisə böyüyərək əlbəyaxa davaya çevrilib. Dava zamanı O. Cövizov əlini cibindəki bıçağa atıb: “O, mənə var-yox, ana-bacı söyüşü söydü. Mən də bıçağı çıxartdım. Dedim, nəyə görə mənim anamı, bacımı söyməlisən? Bıçağı çıxartdım, bu zaman o qaçdı. Mən də arxasınca getdim və çatan kimi də vurdum. Əməlimdən peşman deyiləm. Anam-bacım çöldə qalmayıb ki”.

Faktla bağlı onun barəsində qəsdən sağlamlığa ağır zərərvurma maddəsi ilə cinayət işi başlanıb.

Artıq O.Cövizovun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib. O, məhkəmənin qərarı ilə 3 il məhkumluq həyatı yaşamalı olacaq.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm