Cinsi yolla keçən xəstəliklərin çarəsi tapıldı
Bizi izləyin

Dünya

Cinsi yolla keçən xəstəliklərin çarəsi tapıldı

Avstraliyalı alimlər cinsi yolla keçən xəstəliklərin qarşısını ala biləcək yeni kəşf ediblər.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Avstraliyanın bio-texnologiya firmalarından biri tərəfindən istehsal edilən “Vivagel” adlı gellə cinsi yolla keçən QİÇS və digər virusların qarşısını 99.9% almaq mümkündür.

Qeyd edək ki, son 20 ildə Avstraliyada QİÇS xəstəliyinə yoluxanların sayı ən pik həddə çatıb. Buna görə də, firma belə bir məhsul istehsal etməklə virusun cinsi yolla keçməsinin qarşısını almaq istiqamətində addım atıb. Firma bu çaryə Okamato adlı prezervativ firması ilə əlaqə nəticəsində nail olub.

Cinsi yolla keçən xəstəliklərin qarşısını alacaq prezervativlərin yaxın zamanda Avstraliyada satışa çıxarılacağı planlaşdırılır. Alimləri düşündürən yeganə məqam bu məhsulun 99.9% təsirə sahib ola bilməsidir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm