Züqanovdan Qafqazla bağlı şok açıqlama: “Məni mühakimə etdilər”
Bizi izləyin

Dünya

Züqanovdan Qafqazla bağlı şok açıqlama: “Məni mühakimə etdilər”

Rusiya Kommunist Partiyasının lideri Genadi Züqanov Ukrayna hakimiyyətinin ona qarşı cinayət işi açmasına sərt münasibət bildirib.

Publika.az xəbər verir ki, Züqanov “məni çox mühakimə ediblər, amma ilk dəfə məni cinayətkarlar mühakimə edir” deyə bildirib.

“Yakovla Qorbaçov məni siyasi məhkəmə ilə mühakimə edirdilər. Siyasi Büroda iki dəfə mühakimə etdilər, çünki mən yenidənqurmanın ölkəni dağıdacağı haqda açıq məktubla çıxış etmişdim. Məni Yeltsin də mühakimə edirdi. Məni qorxudur, təzyiq edirdilər, çünki mən Qafqazda Rusiyanın maraqlarını müdafiə edirdim. Həmçinin Baltikyanı, Serbiya və Yaxın Şərqdə. Hansı ki, buna görə medal verirlər, mühakimə etmirlər. Amma ilk dəfə məni cinayətkarlar mühakimə edir. Onlar Ukrayna hakimiyyətini qanunsuz tutdular, öz vətəndaşlarına silah qaldırdılar, onları qətlə yetirdilər”, - deyə Züqanov bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm