İsrailin Qəzza hücumunun şok səbəbləri: 38 milyardlıq təbii qaz
Bizi izləyin

Nida.az

İsrailin Qəzza hücumunun şok səbəbləri: 38 milyardlıq təbii qaz

İsrailin Qəzza hücumunun şok səbəbləri: 38 milyardlıq təbii qaz

İsrailin Qəzzaya hücumunun əsl səbəbləri haqda ilginc məlumatlar yayılıb.

Publika.az xəbər verir ki, İstanbul Elm Universitetinin üzvü doktor Hatice Karahan İsrail hücumunun əsas səbəbi kimi Qəzza Şeridi bölgəsində qaz yataqlarının tapılması olduğunu iddia edib. Onun sözlərinə görə, bu bölgədə 38 milyard kubmetr təbii qaz ehtiyatı aşkarlanıb.

“Qoruma xətti əməliyyatı” əsas etibarilə İsrailin 2008-2009-cu ildən sonra gerçəkləşdirdiyi ikinci qanlı “Enerji xətti əməliyyatıdır”. İsrail HƏMAS-ın güclənən hakimiyətinin qarşısını almaq və bölgənin qaz ehtiyatlarına sahiblənmək istəyir”,- deyə Karahan bildirib.


Qəzzanın təbii qazı uğrunda müharibə

1990-cı illəri sonlarında Şərqi Ağdənizin Qəzza hissəsində təbii qaz ehtiyatlarının tapıldığını deyən Karahan bildirib ki, “Gəzza Marina: 1 və 2” adlanan bu bölgədə ümumilikdə 38 milyard kubmetr qaz ehtiyatı toplanıb. Belə ki, 1999-cu ildə Fələstin idarəçiliyi bölgədəki qaz ehtiyatlarının araşdırılması məqsədilə Britiş Gas Groupa (BGG) icazə verməsindən sonra təbii qaz tapıldı və BGG, Fələstin idarəçiliyinə bağlı “Consolidated Contractors Company” və Fələstin İnvestisiya Fondu arasında 25 illik bir müqavilə imzalanıb.

İsrail Qəzza qazını əldə etmək planına 2001-ci ildə Ariel Şaronun İsrail Baş naziri seçilməsindən sonra başlayıb. Şaron və ondan sonra gələn bütün iqtidarlar Qəzzanın öz təbii qaz ehtiyatlarından gələn gəlirdən istifadə etməsinə maneələr yaradıb.


“Tökmə Güllə Əməliyyatı”

İsrail qazı ələ keçirmək məqsədini ilk dəfə 1999-cu ildən açıqlamışdı. Lakin HƏMAS-ın bölgədə güclənməsi Təl-Əviv üçün arzu olunan deyildi. İsrail HƏMAS-ın təbii qaz ehtiyatlarından faydalanaraq güclənməsinə və onlar üçün daha böyük təhlükə olmasına imkan verməyəcəkdi. Buna görə də İsrail 2008-ci ilin dekabrında Qəzzaya qarşı “Tökmə Güllə Əməliyyatı”nı başlatdı. Buna paralel olaraq, BGG ilə Qəzza qazı məsələsində razılığa gəlmək istiqamətində hərəkətə keçdi.


Mübarək getdi, Təl-Əviv dalana dirəndi: enerji müharibəsi

İsrail təbii qaz ehtiyaclarını Misirdən idxal hesabına asanlıqla ödəyirdi. Lakin hər şey Mübarəkin devrilməsi ilə dalana dirəndi. İqtidara gələn Müsəlman Qardaşları İsraillə qaz anlaşmasını birtərəfli ləğv etdi və rəsmi Təl-Əviv çətin vəziyyətə düşdü. Bunun fonunda İsraildə elektrikin qiymətləri kifayət qədər yüksəldi. Çünki ölkədəki elektrikin 40 faizi təbii qaz hesabına əldə edilir.

Türkiyəli ekspert Karahan hesab edir ki, HƏMAS ilə “Fəth”in arasındakı anlaşma İsrailin göz dikdiyi Qəzza təbii qazının əldə edilməsinə böyük əngəllər yaratdı.

“İsrail Fələstinə aid ehtiyatları da öz çətiri altına alaraq güclənmək və Şərqi Ağdənizdəki enerji koridorunda hegemon olmaq istəyir”, - deyə Karahan Qəzza əməliyyatının belə şərh edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm