Nida.az
İlham Əliyev Peru və Mərakeş liderlərini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş və Peruya təbrik məktubu ünvanlayıb.
Bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.
Peru Prezidenti Olyanta Umala Tassoya ünvanlanan təbrik məktubunda deyilir:
"Peru Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Peru əlaqələrinin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik".
İlham Əliyev Olyanta Umala Tassoya ən xoş arzularını yetirib, dost Peru xalqına əmin-amanlıq və firavanlıq diləyib.
Prezident İlham Əliyevin Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə ünvanladığı təbrik məktubunda isə qeyd edilir:
" Mərakeşin milli bayramı - Taxt-tac günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq və əməkdaşlıq münasibətləri ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsinə uyğun olaraq daim möhkəmlənəcək və inkişaf edəcəkdir".
İlham Əliyev VI Məhəmmədə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Mərakeş xalqına daim sülh və firavanlıq diləyib.
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...