“Onu anamdan, atamdan, hətta pullardan da çox sevirəm” – FOTOLAR
Bizi izləyin

Bilgi.az

“Onu anamdan, atamdan, hətta pullardan da çox sevirəm” – FOTOLAR

“İstədiyim hər şeyi edəcəm, bununla yanaşı, cazibədarlığımı da itirməyəcəm...”

“Qalanı anamdan, atamdan, Pikassodan və hətta pullardan da çox sevirəm...”

Ağ xəzdəki qız...

Qala ilə Dali ilk dəfə 1929-cu ilin yayında görüşmüşdülər. Rəssam özü qeyd edir ki, muzasını daha öncə, dəqiq desək, birinci sinifdə oxuyarkən görüb. Dostlarından biri ona avtoqələm hədiyyə etmişdi. Şüşə şarın içində kürk geyinmiş qız şəkli vardı. “O, bir an belə olsa, diqqətini məndən yayındırmır və mənə baxırdı. Onun baxışlarında o qədər qürur vardı ki, ürəyim fəxrlə dolurdu... Bu Qala idi? Mən heç vaxt buna şübhə ilə yanaşmamışam – bu,həmin qadın idi”.

Ta onlar görüşdüyü ana qədər rəssam ürəyində rus qızının obrazını qoruyurdu və onunla görüşü gözləyirdi. Sanki bu görüşün baş tutacağına əmin idi...

1914-cü ilSalvador rəssamlıq məktəbində təhsilini davam etdirir. Sinif yoldaşları onun qəribə insan olduğunu fikirləşirdilər. Oğlandaim yerli-yersiz davalara girirdi. Qeyri-adi hərəkətləri ilə bütün məktəbdə “şöhrət” qazanmışdı. Hansısa möcüzə nəticəsində, Salvador San- Fernando Rəssamlıq Akademiyasına daxil ola bilir.

Burada oxuduğu müddətdə modabaz kimi məşhurluq qazanan Salvador,qəribə olsa da, Nitsşenin kitablarını qadınlardan üstün tuturdu...Həm də niyə vaxtını qadınlara sərf etsin? Axı o, öz ilahəsini, yeganə muzasını gözləyirdi...

İstedadına rəğmən, ekssentrik Daliyə burada dörd il dözürlər. 1926-cı ildə onu müəllimlərlə davranışda nəzakətsiz və özündənrazı olduğuna görə, qovurlar. Az keçmir ki, o, Parisə yollanır. Burada Pikasso ilə tanış olur və beləcə, ilahi həyata baş qoşur...

Dalidən on yaş cavan olan Qalanınbu ərəfədə əri, qızı və məşuqu vardı. 1894-cü ildə Kazanda anadan olan Yelena Dyakonova həmişə məşhur olacağına, parlayacağına inanırdı. O, gündəliyində yazmışdı: “Heç vaxt adi evdar qadın olmayacağam. Çox oxuyacam. İstədiyim hər şeyi edəcəm, bununla yanaşı, cazibədarlığımı da itirməyəcəm...”

1912-ci ildə valideynləri onu vərəmdən müalicə etmək üçün İsveçrəyə aparırlar. Burada o, şair Emil-PolQrandellə tanış olur. Şairə PolElyüar adını verir, özünü isə Qala kimi təqdim etməyə başlayır. Elyüarla eşq macərası toyla bitir, Qala Parisə köçür. Dali ilə görüşəndə o,əvvəlki utancaq qız deyildi. Qala kişilərin qəlbini fəth edən parisli xanıma çevrilmişdi...

“Onun dahi olduğunu dərhal anladım”...

1929-cu ilin yayında ispaniyalı rəssam Salvador Dali şair PolElyüarı xanımı ilə birgə evinə dəvət edir. Əvvəl qonaqları qeyri-adi xarici görünüşdə qarşılamaq istəsə də, sonradan fikrindən vaz keçir və şairlə xanımını normal görkəmdə qarşılamağı qərara alır.

Qala rəssamı o qədər heyrətə gətirir ki, Salvadoru isterik gülüş tutur. Rəssamın bu hərəkəti qadını qətiyyən qorxutmur, əksinə , onu özünə cəlb edir: “Mən dərhal başa düşdüm – o, dahidir.” – Qala sonralar yazırdı...

Beləcə, onların odlu-alovlu eşq macərası başlayır və 1982-ci ilə– rəssamın ölümünə qədər davam edir...

Üç ildən sonra Qala ərini tərk edir və Dalinin yanına köçür. Elə həmin il onlar evlənirlər. Dini mərasim isə PolElyüarın ölümündən sonra - 1958-ci ildə baş tutur. Keçmiş əri ola-ola Qala başqa bir kişi ilə rəsmi şəkildə evlənmək istəmirdi, bu onun tərəfindən hörmət əlaməti idi.

Dali və Qala ideal cütlüyə çevrildilər: dəlisov, coşğun və çoxlu sayda fobiyaları olan dahi və soyuqqanlı muza...

Qala onların birgə həyatını belə təsvir edirdi: “Səhər Salvador səhv edir, günün ikinci yarısında isə mən o səhvi düzəltməklə məşğul oluram”.

Daliyə əsrin simvolu olmaqda Qala yardımçı olur. Bəziləri onu Dalinindayağı, arxası, digərləri isə pul və məşhurluq hərisi olan yırtıcı adlandırırdı.

“Qalanı anamdan, atamdan, Pikassodan və hətta pullardan da çox sevirəm”

Salvador Dali və Qala daim fotokameralar qarşısında, jurnalların üz qabığında olurdular. 1934-cü ildə Qala Salvador Dali üçün növbəti “reklam” təşkil edir. Ərini Amerikaya aparır. Birləşmiş Ştatlarda ekstravaqant və xarici görünüşcə rəssama bənzəməyən insanı birmənalı olaraq, qəbul edəcəkdilər... Hər növ yeniliyə aşiq olan ölkə Dalinin hər bir ideyasını dəstəkləməyə və ona böyük pullar ödəməyə hazır idi.ABŞ-ı “Sürrealist titrətməsi” tutmuşdu. Dalinin şərəfinə böyük ziyafətlər təşkil olunurdu.

Rəssam yazırdı: “Bütün dünya, xüsusilə, Amerika mənim bu uğurlara necə nail olmağımla maraqlanır. Onlar bu uğurun sirrini bilmək istəyirdi”...

Dali və Qala Amerikadan zəngin və məşhur qayıdırlar. Cütlüyün məşhurluğu artır, amma ən vacibi onları tərk edir – Qalanın gücü və gözəlliyi. O, əvvəlki tək rəssamının muzası idi. Dali onu “Madonna Port-Lyiqata” əsərində çəkir. Digər rəsm əsərində isə XristoforKolumb əlində onun portreti və “Mən Qalanı anamdan, atamdan, Pikassodan və hətta pullardan da çox sevirəm” sözləri əks olunmuş bayrağı gəzdirir.

Salvador Dalinin ailəsi ona bu hörmətsizliyi uzun zaman bağışlaya bilmirdi. Lakin rəssam üçün bu önəmli deyildi. O,Qalanı ilahiləşdirmişdi, Qala onun ilham mənbəyi, həyat yoldaşı, anası və dostu idi...

Vaxt gedir, Qala qocalırdı. Bir-birini əvəzləyən gənc məşuqları da onu xoşbəxt etmirdi. Onun son əyləncəsi “İsa peyğəmbər –superulduz” rok operasında baş rolu ifa etmiş müğənni CeffFenxolt olur. Qala ifaçının karyerada irəliləməsinə yardım edir, bununla yanaşı, cavan məşuquna Lonq- Aylenddə gözəl ev hədiyyə edir.

Dali həyat yoldaşının eşq macəralarına şərh vermirdi, Qala öz növbəsində, deyirdi: “Salvadorun vecinə deyil. Hər birimizin öz həyatı var”...

Dahi rəssamın muzası 1982-ci ildə vəfat edir. Salvador Dali həyat yoldaşının dəfn mərasimində iştirak etmir. O, həyat yoldaşından, sevgilisindən, muzasından yeddi il sonra – 1989-cu ildə vəfat edir...

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm