Astroloji proqnoz - 29 iyul
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 29 iyul

Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz...

QOÇ – Bütün vacib işlərinizi saat 16-ya qədər yekunlaşdırın. Əgər bu proses sonrakı müddətə qədər uzansa, münaqişəli situasiyalara cəlb oluna bilərsiniz. Qazanmaq ehtimalınız böyükdür.

BUĞA - Nə qədər sadə görünsəniz, ulduzların yanında hörmətiniz də bir o qədər çox olar. Sizə ehtiyac duyanlara kömək göstərin. Saat 16-dan sonra riskli işlərə aludə olmayın.

ƏKİZLƏR - İyulun sonuna doğru bürcünüz üçün daha çox maddi cəhətdən uğurlu keçməlidir. Bu gün həm də gözləmədiyiniz istiqamətlərdən təkliflər alacaqsınız. Düşünmədən razılıq verməyin.

XƏRÇƏNG - Astroloji göstəricilərə inansaq, səhhətlə bağlı müəyyən problemləriniz gözlənilir. Odur ki, qidalanma zamanı ehtiyatlı olmalı, xəsarət törədə bilən işlərdən daşınmalısınız. Hündürlüyə çıxmayın.

ŞİR - Ailə-sevgi münasibətlərində vəziyyət qənaətbəxş olsa da, həmkarlarınızla aranızda soyuqluq yarana bilər. Bu amili nəzərə alıb verdiyiniz hər sözə əməl etməyə çalışın. Kimisə aldatmayın.

QIZ - İxtiyarınızda olan bu təqvimi sakit tərzdə başa vurmağa çalışın. Özünüzü gərginliyə sürükləməyin. Nəzərə alın ki, saat 08:36-dan mənfi enerjili Ay bürcünüzdə olacaq. Qisas vaxtı deyil.

TƏRƏZİ - Bu gün istənilən məsələdə risk etmək sizə zərər verə bilər. Odur ki, hansısa addımı atmazdan qabaq yüz ölçüb bir biçin. Müştərək fəaliyyətə başlamaq üçün bu təqvimdən yararlanın.

ƏQRƏB - İşlə bağlı yeniliklər yolunuzu gözləyir. Bu istiqamətdə sizə dəstək verənlər də tapılacaq. Günün ikinci yarısında birgə fəaliyyət planları haqqında götür-qoy etməyə dəyər.

OXATAN - Ən başlıcası özünüzü mübahisədən qorumaqdır. Bunu bacarsanız, narahatçılığınız olmayacaq. İşgüzar sövdələşmələrdə iştirak etmək, problemləri birgə həll etmək üçün uğurlu məqamdır.

OĞLAQ - Gərgin məqamlarla dolu olan bu günün ilk yarısını təmkinlə başa vurmağa çalışın. Bütün vacib işlərin həllini növbəti aya saxlayın. Konkret olaraq bu günsə, səhhətinizi qoruyun.

SUTÖKƏN - Əsas diqqəti fəaliyyətə yönəldin. Bəzi üzdəniraq dostlarınızla sonrakı münasibətləri konkretləşdirin. Xəyanəti bağışlamadığınız kimi, özünüz də etməyin. Uzaq yola çıxmaq məsləhət deyil.

BALIQLAR - Havalar nə qədər qaynar olsa da, fəaliyyətinizə ara verməyin. Çünki bütün astroloji qaynaqlar bu təqvimdə uğurlu karyeraya yetişmək şansınızdan xəbər verir. Təşəbbüskar olun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm