66 yaşlı kral 6-cı dəfə evləndi
Bizi izləyin

Bilgi.az

66 yaşlı kral 6-cı dəfə evləndi

Zulusun 66 yaşlı kralı Hudvil Zvelitin altıncı dəfə evlənib. Kralın növbəti arvadı Svazilendən olan 28 yaşlı Zola Mafidir.

Kralın toyunda 10 minə yaxın qonaq, o cümlədən CAR-ın prezidenti Ceykob Zuma, mərhum prezident Nelson Mandellanın xanımı Vinni də iştirak edib.

Zulusların kralı toya qara “Mercedes”də hərbçi və milli geyimdə olan zulusların müşayiəti ilə gəlib. Kralın 2 günlük toyunda 60 inək və onlarla qoyun kəsilib.

Qeyd edək ki, kral Zola Mafini hələ 10 il əvvəl seçibmiş. O zaman onun 18 yaşı olub. O zaman o, Svazilendin paytaxtı Mbabanda nüfuzlu kolleclərdən birində təhsil alırmış. H. Zvelitin Z. Mafiylə evlənmək üçün ailəsinə 20 inək verib. Halbuki ordakı adətlərə görə, 11 inək kifayət idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm