Şamaxı Rəsədxanası: Ayı iyulun 29-da görmək mümkün olacaq
Bizi izləyin

Qırmızı.az

Şamaxı Rəsədxanası: Ayı iyulun 29-da görmək mümkün olacaq

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası yeni ayın təzələndiyi vaxtı açıqlayıb.

ANS TV-nin Rəsədxanaya istinadən verdiyi məlumata görə, yeni ay iyulun 26-dan 27-nə keçən gecə saat 03.43-də təzələnib. İyulun 27-də təzələnən ayı isə iyulun 29-da görmək mümkün olacaq. Bu isə o deməkdir ki, bu gün ölkədə Ramazan bayramı qeyd olunacaq. Dünən axçam isə müqəddəs Ramazan ayının son günlərindən birini yaşadıq. 11 ayın sultanı sayılan Ramazanda bütün müsəlmanlar bir ay ərzində oruc tutub, nəfslərinə hakim olub. Bu gün isə həmin insanlar mənəvi rahatlıq içində bayram edirlər. Onlar bayram axşamı ailə üzvlərinin sayı qədər fitrə payı çıxarıblar.
.

İlahiyyatçı Fuad Pənahlı fitrə payının imkansız insanlara, əlillərə, kimsəsizlərə verilməsi məqbul sayır: “Arpadan, buğdadan, düyüdən və qarğıdalıdan fitrə verilir. Hər bir insan sadalananlardan 3 kq olmaqla fitrə verilir. Ailə üzvlərinin sayına uyğun çıxarılan fitrə isə bayram namazına qədər çıxırılmalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm