Analıq hissi çox güclü olur: şirin ağzını cıran evdar qadın və başqaları
Bizi izləyin

Bilgi.az

Analıq hissi çox güclü olur: şirin ağzını cıran evdar qadın və başqaları

İnsan orqanizmi həkimlər və elm adamları tərəfindən yüz illərdir öyrənilsə də, bəzi tapmacalar hələ qalmaqdadır. Bəzən elə şeylər olur ki, insan əqli onu çətinliklə qəbul edir, elm isə bunlara izah verməkdə çətinlik çəkir.

Məsələn, Amerikada belə bir hadisə olmuşdu. Kiçik yaşlı övladı ilə gəzintiyə çıxan qadının ani olaraq diqqəti yayınmış, bu zaman uşaq yola qaçıb maşının altına düşmüşdü. Qadın bunu görən kimi avtomobilə tərəf atılmış , ağır maşını qaldıraraq uşağın onun altından çıxmasına şərait yaratmışdı.

Yaxud buna oxşar digər hadisə: Asiya ölkələrindən birində sirkdə aslan qəfəsdən yol tapıb tamaşaçıların üzərinə hücum çəkmişdi. Kiçik uşaqları ilə sirkə gələn qadın, övladlarını qorumaq üçün şirin ağzından yapışmışdı. Qadının əlləri necə kilidlənmişdisə, mühafizəçilər aslanı onun əlindən güçlə aldı.

Bir sual yaranır: bu zərif qadınlarda belə bir güc haradandır?

Alimlər hesab edir ki, insan öz orqanizminin qüvvəsinin cəmi 10 faizindən istifadə edir. Yalnız qorxu və digər fövqəladə vəziyyətlərdə ani olaraq istifadə etmədiyi 90 faiz onun köməyinə çatır.

Britaniyada isə başqa bir hadisə olmuşdu. Azyaşlı uşaq qəfildən eyvana çıxmış və aşağı yuvarlanarkən paltar asılan ipə ilişmişdi. İp qırılana yaxan övladının arxasınca hövlank çıxan ana məhəccərdən sallanaraq əli ilə uşağı tutur. Təsəvvür edin, qadın bir əli ilə uşağı saxlayıb, eyvanın məhəccərindən isə cəmi iki barmağı ilə yapışıb. Xilasedicilər gələnədək qadın iki barmağı ilə həm özünü , həm uşağı saxlaya bilib. Bunu hətta ən güclü atlet belə edə bilməzdi.

Rusiyanın Rostov vilayətində ana-bala kənd yolunda qəzaya düşür. 70 yaşlı ana 40 yaşlı oğlunu xilas etmək üçün çiyninə alır və onu yerə qoymadan, bir dəfə də olsun, dayanmadan 13 kilometr yolu qət edərək xəstəxanaya çatdırır. Həkimlər onun oğlunu həyata qaytara bilirlər. Əlbəttə ki, vaxtında çatdırılmasa, kişi keçinə bilərdi.

Bax budur əsl analıq hissi.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm