Siqaret çəkənlərə bəd xəbər
Bizi izləyin

Dünya

Siqaret çəkənlərə bəd xəbər

Qapalı məkanlarda siqaret çəkilməsi məhdudiyyətindən sonra, Türkiyədə siqaretə daha bir qadağa tətbiq ediləcək.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, oktyabrdan açıq havada siqaret çəkənlər üçün də məhdudiyyət olacaq. Həmçinin siqaret qutularında “qara” dövr başlayır.

Səhiyyə Nazirliyinin məlumatına görə, siqaret qutularının rəngi qara olacaq, marka adları kodlaşdırılacaq. Ən geci 2015-ci il yanvarın birinədək siqaret qutuları bir rəngdə olacaq.

Yeni məhdudiyyət xəstəxana və məktəb ətrafı, kafe və restoranlarda tətbiq ediləcək. Qəlyan kafelər və yeməkxanaların açıq havadakı hissələrində siqaret çəkməyə məhdudiyyət qoyulacaq. Açıq havadakı stolların ¼-də siqaret çəkməyə icazə veriləcək. Məhdudiyyətin tətbiq olunması üçün polis mütəmadi nəzarət edəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm