Bu həkimlər xəstələri anesteziya olmadan əməliyyat edirlər
Bizi izləyin

Dünya

Bu həkimlər xəstələri anesteziya olmadan əməliyyat edirlər

Qəzzadakı xəstələrə yardım etmək üçün “Yer üzü həkimləri” fəaliyyətə başladı. Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Yerüzü Həkimləri QHT-nin üzvləri Qəzza xəstəxanalarında ağır vəziyyətin hökm sürdüyünü bildiriblər.

Hətta xəstələri anesteziya vermədən əməliyyat etmək məcburiyyətində qaldıqlarını bildiriblər.

Xəstəxanalardakı cənazələrin qısa zamanda ailələri tərəfindən götürülməsinin vacib olduğunu bildirən təşkilat üzvləri, onları saxlamaq üçün yer olmadığını bəyab ediblər. Təşkilatın rəhbəri Kərəm Qınık açıqlamasında xəstəxana dəhlizlərində meyitlərin üst-üstə yığıldığını bildirib. Bu vəziyyətinin bütün dünyanın görməli olduğunu deyib.

Bundan başqa, xəstəxanalarda tibbi ləvazimatlar çatışmır, hətta tükənmiş vəziyyətdədir. Balaca uşaqların əlləri, ayaqları kəsilir, amma onların müalicəsi üçün antibiotik tapılmır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm