İldırımla selfi çəkdirən cütlük hər kəsi heyrətləndirdi - VİDEO
Bizi izləyin

Dünya

İldırımla selfi çəkdirən cütlük hər kəsi heyrətləndirdi - VİDEO

Tətilə çıxan cütlük selfi çəkərkən yaxınlıqlarına ildırım düşüb. Gəzintilərini bir foto ilə ölümsüləşdirmək istəyən gənclər ildırımın düşməsi ilə özlərini itiriblər.

Daha sonra çəkdikləri görüntünü sosial şəbəkəyə yerləşdirən cütlük bu video ilə hərkəsi heyrətləndiriblər.

Luis Morales Fukutake adlı oğlan görüntünün altında şərh yazaraq hadisə bərəsində danışıb:

“Gəzintiyə çıxmışdıq. Qasırğa xəbərdarlığı edildikdən sonra dənizdən çıxdıq. Bölgədən ayrılmadan son bir kadr çəkmək istədik. Təbiətdəki bu qeyri-adi anları bir selfi ilə ölümsüzləşdirmək istəyərkən birdən ildırım çaxdı. Bəxtimiz gətirdi ki, ildırım üzərimizə yox, arxamıza düşdü”.

Qeyd edək ki, bu görüntülər sosail şəbəkələrdə böyük marağa səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm