Razılıq əldə edildi – Tətil dayandırıldı
Bizi izləyin

İdman

Razılıq əldə edildi – Tətil dayandırıldı

Razılıq əldə edildi – Tətil dayandırıldı

Ekvadorda peşəkar futbolçular tətili dayandırıb.

Publika.az xəbər verir ki, dünən Kitoda Ekvadorun futbol federasiyası, futbolçular assosiasiyası və idman nazirliyi arasında razılıq əldə edilib. Bundan sonra təxminən 1 həftə davam edən tətil dayandırılıb.

Futbolçular bir neçə aydır ödənilməyən məvacibin verilməsini tələb edirdilər. İlkin razılığıa görə, futbolçulara olan borcun bir qismi ödəniləcək və sabah Ekvador çemponatı start götürəcək.

Qeyd edək ki, Ekvador mətbuatında yayılan məlumata görə, bəzi klublar 11 aydır ki, futbolçuların məvacibini ödəmir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm