Dünya
Üzü deformasiya olan adam -FOTOLAR
ABŞ-da bir insanın bütün üz əzaları əməliyyatla bərpa olunub.
ANS PRESS-in məlumatına görə, 39 yaşındakı Riçard Li Norris 1997-ci ildə özünü tüfənglə vurub. Özünə qəsd edən zaman Norrisin hələ 22 yaşı var idi. Hadisə zamanı həddindən artıq spirtli içki qəbul edən gənc anası ilə mübahisədən sonra özünü vurub. Bundan sonra Norrisin həyatı işgəncəyə çevirilib.
Həyatının 10 ilini maskalarla və yalnız gecə alış-veriş edərək
keçirən Norrisin dodaqları, burnu, çənə sümüyü, dili və sinirləri
tamamilə deformasiya olub.
Mariland Universitetində 36 saatlıq bir əməliyyatla üz nəqli edilən
Riçardın sifətindəki bütün əzalar yenidən bərpa edilib. Dili belə
başqa birindən nəql edilən Riçard Norrisin əməliyyat sonrası
yaşamaq şansı 50% olaraq göstərilirdi.
İndi Norris uğurlu keçən əməliyyatdan sonra həyata yenidən gədiyini
düşünür. Riçard, Mariland Universitetində əməliyyatı reallaşdıran
həkim Eduardo Rodriqezin köməyi ilə ona ikinci bir şans verildiyini
düşünür.
Riçard yeni üzüylə nüfuzlu "GQ" jurnalının üz qabığına belə
çəkilib.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK